Reklam

Kolibrilər

Yazar Birlikdə Öyrənək 10.12.2016 0 yorum

Kolibrilər

        

 Yəqin ki, heç kəs, hətta Yer üzərində olan ən istedadlı rəssam belə, çiçəyin üzərində fırlanaraq uçan çox qəribə kolibri quşunu bütün çalarları və incəlikləri ilə təsvir edə bilməz ! Kolibrinin qanadları o qədər sürətlə hərəkət edir ki, onlar uçan quşun zərif bədənini əhatə edən nazik bulud kimi görünürlər .Ornitoloq alimlər kolibrini bir sıra "fəxri adlarla" "mükafatlandırmışlar" : "odlu topaz" ,"balaca ulduzcuq" ,"qızıl məşəl" ... Onlar dünyanın nəinki ən gözəl, həm də ən kiçik quşlarından biridilər. Bəzi növlərin ölçüsü eşşəkarısından böyük deyil. Kolibrilərin uçuşu çox sürətli- 90 km/saata, qanadlarının çalma tezliyi isə bəzən, saniyədə 80-ə çatır. Quşun nəbz vurğularının sayı bu zaman bir dəqiqədə 1200-ə qədər artır. Belə bir fəaliyyətə zəruri olan çox böyük enerji sərfiyyatını ödəmək üçün kolibriyə yüksəkkalorili "yanacaq" tələb olunur. Bu "yanacaq" - çicəklərin şirin nektarıdır. Nektarı əldə etmək üçün kolibriyə uzun dimdiyii və boru kimi burulmuş mühərrik, böyük dili kömək edir. Dadlı şirəni quşlar uçuş zamanı, daha doğrusu çiçək tacının üzərində helikopter kimi havada asılı vəziyyətdə qalaraq sorur. Dişi kolibrilər yuvalarına, hərəsinin çəkisi 0.2 q olan iki kiçik yumurta qoyur.


Hiç yorum yok: